`Türkiyə Avropa Şurası ilə əlaqələrinə yenidən baxacaq` - Çavuşoğlu


19:29     26 Aprel 2017 cavusoglu.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin yenidən siyasi nəzarətə götürülməsi barədə qərarının siyasi xarakterli və əhəmiyyətsiz olduğunu bəyan edib.


M. Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının bu qərarını qəbul etmədiklərini bildirib.

`Avropa Şurası ilə bəzi məsələlərdə münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər, arzuladığımız bir şey deyil. Təəssüf ki, Avropa ölkələrindəki irqçilik, islamafobiya Avropa qurumlarına da sirayət etdi`, - deyə o qeyd edib.

Qeyd edək ki, iki gün əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında YPG, İraqın şimalında Sincar bölgəsində PKK-nın bazalarını bombalayıb. ABŞ komandirləri növbəti gün YPG terrorçuları ilə birgə bombalanan hərbi bazaya baş çəkib, bu fotolar mediada yayımlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1362